Bakıda ilk dəfə "Rock Hits Show" konserti keçiriləcək

Bakıda ilk dəfə "Rock Hits Show" konserti keçiriləcək
# 29 mart 2018 13:57 (UTC +04:00)

Aprelin 14-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə "Rock Hits Show" konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə məşhur rus dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərliyi ilə İP Orchestranın təqdimatında dünyaca məşhur rok hitlər səsləndiriləcək.

Konsertdə The Beatles, Deep Purple, The Doors, Scorpions, Pink Floyd, The Rolling Stones, Nirvana, Michael Jackson, AC/DC, Radiohead, The Eagles, Bon Jovi, Metallica, Black Sabbath, Depeche Mode, Europe, Muse, Uriah, Led Zeppelin, Queen kimi əfsanəvi qrupların və ifaçıların mahnıları və həmçinin, Victor Tsoy, DDT, Leninqrad kimi məşhur rus qruplarının mahnıları da tamaşaçılara təqdim olunacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, İticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR