Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib

Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib
# 01 may 2018 07:18 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycanda caz musiqisinin tarixi ənənələri malik olduğunu bildirib.

O qeyd edib ki, bu musiqi sənəti ötən əsrin 30-cu illərindən ölkəmizdə populyarlıq qazanıb və sevilməyə başlayıb.

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.

ABŞ səfirliyinin müşaviri Uilyam Gill Bakıda Beynəlxalq Caz Gününün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, multukultural tarixi ilə seçilən Azərbaycan cazı tam qəbul edilir: “Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması bu səbəbdən təqdirəlayiqdir”.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration”, o cümlədən yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR