Əbülfəs Qarayev

Əbülfəs Qarayev
  • Clock-gray 12:47
  • calendar-gray 24 Aprel 2018

Mədəniyyət naziri Əbülfəs Qarayev Təbrizin İslam dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı “Təbriz-2018” proqramının açılış mərasimində iştirak etməyəcək.

 

APA-nın məlumatına görə, səfərin təxirə salınmağının səbəbi nazirlikdə aparılan struktur dəyişikliyidir.

 

İran prezidentinin müavini, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisaninin dəvəti ilə tədbirə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri qatılacaq.

 

 “Təbriz - 2018” proqramının açılış mərasimi aprelin 25-də Təbrizdə İran prezidenti Həsən Ruhani və digər qonaqların iştirakı ilə baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Turizm Agentliyi yaradılıb. 

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date