ƏSA Teatrı Mirzə Fətəli Axundzadənin pyesini tamaşaya hazırlayır

ƏSA Teatrı Mirzə Fətəli Axundzadənin pyesini tamaşaya hazırlayır
# 22 may 2018 08:58 (UTC +04:00)

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı tezliklə yeni premyerasını təqdim edəcək.

Teatrın baş meneceri Nicat Qulamın APA-ya verdiyi məlumata görə, hazırda yeni tamaşanın məşqləri davam edir.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə yeni premyerası ilə töhfə verməyi düşünən ƏSA Teatrı yerli dramaturgiyanın ən parlaq əsərlərindən birinə müraciət edib. Bütün türk-müsəlman dramaturgiyasının banisi, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında “Paris partladı” tamaşası teatrsevərlər üçün maraqlı və yeni quruluşda hazırlanır. ƏSA Teatrı tamaşanın premyerasını həm də görkəmli dramaturqun yubileyi ərəfəsində təqdim etməklə, Şərqin Molyeri hesab olunan M.F.Axundazadəyə ehtiramını bildirir”, - deyə N. Qulam söyləyib.

Qeyd edək ki, yarandığı vaxtdan yalnız dünya ədəbiyyatının parlaq əsərlərini səhnələşdirən ƏSA Teatrı ilk dəfə yerli dramaturgiyaya müraciət edib. Tamaşanın bədii rəhbəri Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Elşən Əsgərov, multi-media meneceri Elxan Xanəlizadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR