Füzuli Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub

Füzuli Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub
# 09 mart 2016 23:40 (UTC +04:00)

Füzuli. Ziya Əmirxanlı-APA. Füzuli Dövlət Dram Teatrında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” əsəri əsasında səhnələşdirdiyi tamaşanın premyerası olub.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, teatrın səhnələşdirdiyi əsər bu ilin ilk tamaşasıdır.

Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev APA-ya açıqlamasında bildirib ki, tamaşanın quruluşçu rejissoru Asif Qurbanovdur. Tamaşanın quruluşçu assistenti Pərvanə Hacıyeva, quruluşçu rəssamı isə Ellinaz Balaşovadır.

Əsərin ilk tamaşaçıları Horadiz şəhərində hərbi xidmətdə olan hərbçilər və rayon ictimaiyyəti olub.

Teatrın direktoru onu da qeyd edib ki, sınaqdan uğurla çıxan tamaşa yaxın günlərdə cəbhəyanı yaşayış məntəqələrində və ön xətdə xidmət aparan hərbçilərə nümayiş olunacaq.

Qeyd edək ki, Füzuli Dram Teatrı 1930-cu ildə fəaliyyətə başlayıb. 1953-cü ildə fəaliyyəti dayandırılan teatr, 1993-cü ildə yenidən yaradılıb. Füzuli rayonunun işğalından sonra teatrın aktyorları Sumqayıt Dövlət Dram Teatrının tərkibində çalışmağa başlayıb. 2004-cü ildən köçkünlük həyatına son qoyan teatr Horadizə köçüb. 2012-ci ildə Dövlət Başçısı İlham Əliyevin göstərişi ilə teatr yeni müasir üslubda təmir olunmuş bina ilə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR