Heydər Əliyev Sarayında “Ələddin” ilk uşaq müziklinin premyerası olacaq

Heydər Əliyev Sarayında “Ələddin” ilk uşaq müziklinin premyerası olacaq
  • Clock-gray 14:39
  • calendar-gray 16 Mart 2018

Aprelin 15-də Heydər Əliyev Sarayında “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq.

 

APA-nın məlumatına görə, müziklin quruluşçu rejissoru əməkdar artist İnarə Babayevadır. 

 

Rollarda əməkdar artisti Ələkbər Əliyev, tanınmış estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Hüseyn Abdullayev və başqa aktyor və müğənnilər çıxış edəcəklər.

 

Sarayın mətbuat xidmətindən bildiriblər ki, Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq: “Şübhəsiz ki, Azərbaycanın tarixində ilk uşaq müzikli ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək”.

 

Saat 13:00-da başlayacaq tamaşanın biletləri 6-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

 

Qeyd edək ki, “APA Holding” tədbirin informasiya dəstəkçisidir.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date