Bakıda "Danışan Pişik Tom və dostları” tamaşası nümayiş olunacaq

Bakıda "Danışan Pişik Tom və dostları” tamaşası nümayiş olunacaq
# 20 fevral 2018 10:35 (UTC +04:00)

Martın 10-11-də Heydər Əliyev Sarayında Moskva İri Kuklalar Teatrının təqdimatında uşaqlar üçün “Danışan Pişik Tom və dostları” interaktiv, əyləncəli və musiqili tamaşa təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada uşaqları müasir və texniki cəhətdən mükəmməl şou, səs və vizual xüsusi effektlər, oyun, rəqs, əyləncə, musiqi, sevdikləri mahnılar, maraqlı elementlər və digər sürprizlər gözləyir. İnteraktiv tamaşada yeni texnologiyalardan və proyesiyadan istifadə olunacaq.

Saat 13:00-da başlayacaq tamaşaların biletləri 5-49 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, "ASAN xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, “APA Holding” tədbirin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR