Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək

Qara Qarayevə həsr edilmiş konsert keçiriləcək
# 27 mart 2018 14:02 (UTC +04:00)

Martın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında görkəmli bəstəkar, xalq artisti Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsertdə görkəmli bəstəkarın seçilmiş əsərləri tanınmış ifaçılar tərəfindən səsləndiriləcək. Konsert proqramı Mədəniyyət və Turizm Nazirliyi, Filarmoniya və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR