Axundovun məşhur komediyası Moskvada səhnəyə qoyulub

Axundovun məşhur komediyası Moskvada səhnəyə qoyulub
  • Clock-gray 12:29
  • calendar-gray 24 Aprel 2018

Rusiya paytaxtında dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşası göstərilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi Moskva Dövlət Teatr İncəsənət İnstitutunun səhnəsində "Müsyo Jordan və Dərviş Məstəlişah" komediyasını nümayiş etdirib. Nümayiş MDB ölkələri teatr festivalı çərçivəsində baş tutub. Nofəl Vəliyevin quruluşunda nümayiş olunan komediya paytaxt sakinlərinin marağına səbəb olub. 
 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date