Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq

Opera və Balet Teatrında “Qu gölü” baleti nümayiş olunacaq
  • Clock-gray 11:28
  • calendar-gray 21 Fevral 2018

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, balet 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub.

 

Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.

 

Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrın solistləri - xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze, Dilarə Mehdiyeva də yer alacaq.  

 

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date