Qara Qarayevə həsr edilən orqan musiqisi axşamı olub

Qara Qarayevə həsr edilən orqan musiqisi axşamı olub
# 30 mart 2018 11:21 (UTC +04:00)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən orqan musiqisi axşamı olub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsertdə bəstəkarın vokal və instrumental əsərləri səsləndirilib.

Konsertdən əvvəl orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən danışıb.

Sonra Natəvan Quliyevanın solistliyi ilə konsert proqramı təqdim olunub. Konsertdə əməkdar artistlər Töhfə Babayeva (skripka) və Fəridə Məmmədova (soprano) da çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR