Rəssamlar Gününün təsis edilməsi təklif olunur

Rəssamlar Gününün təsis edilməsi təklif olunur
# 29 yanvar 2018 10:09 (UTC +04:00)

Azərbaycanda rəssamlar günü təsis olunacaq.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin iclasında komitə sədri Rafael Hüseynov bildirib.

“Biz istəyirik ki, məsələn, ölkədə Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Günü kimi qeyd olunduğu kimi, dahi rəssamlarımızdan briinin də doğum günü Azərbaycan Rəssamlar Günü kimi qeyd olunsun. Biz artıq araşdırma aparmağa başlamışıq. Ya dahi Azərbaycan rəəssamı Bəhruz Kəngərlinin, yaxud digər bir dahi rəssamımızın doğum tarixini dəqiqləşdirib, sənəd formasında Milli Məclis rəhbərliyinə təqdim edəcəyik. Düşünürəm ki, bu dəstəklənəcək, çünki rəssamlıq sənəti Azərbaycanda tarixən geniş inkişaf edib, öz dərin məktəbi var", - deyə R. Hüseynov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR