Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib

Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib
# 15 mart 2018 14:34 (UTC +04:00)

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçirilib.

APA-nın məlumatına görə, konsertdə əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Rəşad İlyasov, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Fehruz Səxavət, Fərid Əliyev, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov, Aytən Məhərrəmova, Nurlan Növrəsli, Arzu Əliyeva, İlahə Əfəndiyeva, Sahib İbrahimov, Çinarə Şirin, Taleh Yəhyayev, Günay İmamverdiyeva, aşıq Samirə, aşıq Əli və başqaları iştirak ediblər.

Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın biri-birindən gözəl və unudulmaz mahnılarını səsləndirilib.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR