Xalq artisti Yuri Baliyev vəfat edib

Xalq artisti Yuri Baliyev vəfat edib
  • Clock-gray 08:43
  • calendar-gray 27 Mart 2018

Azərbaycanın xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.

 

Bu barədə APA-ya xalq artisti Məbud Məhərrəmov məlumat verib. O bildirib ki, Yuri Baliyev xərçəng xəstəliyindən əziyyət çəkib. Aktyorun dəfn olunacağı yer hələlik məlum deyil.

 

Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirib. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb. Onun yaratdığı Ayı (A.P.Çexov, "Ayı"), Bernardo (L.de Veqa, "Xitroumnaya vlüblennaya"), Rasputin (R.İbrahimbəyov, "Petlya"), Çingizxan (M.Şaxanov, "Çingizxanın sirri"), İxtiyar (N.Xəzri, "Burla Xatun"), Şamrayev (A.P.Çexov, "Qağayı"), Professor (N.Rəsulzadə, "Nonsens") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.Y.Baliyev bir neçə filmdə də çəkilib. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date