Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusuna həsr olunan foto-sərgi keçiriləcək

Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusuna həsr olunan foto-sərgi keçiriləcək
# 16 may 2018 13:34 (UTC +04:00)

“Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun нaranmasının 100-cü ildönümü” mövzusunda foto-sərgi keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi Bakı Yunus Əmrə İnstitutu tərəfindən 24 may-6 iyun tarixlərində Azərbaycan İstiqlaliyyət Muzeyində təşkil olunacaq.

Səfirlikdən bildirilib ki, sərginin məqsədi Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əasaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.

Sərgidə təxminən 40 ədəd foto nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR