Yaqub Zurufçunun konsertinin biletləri satışa çıxarılıb

Yaqub Zurufçunun konsertinin biletləri satışa çıxarılıb
# 27 avqust 2019 18:34 (UTC +04:00)

Respublikanın Əməkdar artisti Yaqub Zurufçunun solo-konsertinin biletləri satışa çıxarılıb.

APA-nın məlumatına görə, biletlərin qiyməti 20-90 AZN arasındadır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq.

Konsertdə Yaqub Zurufçunun ifasında sevilən bir çox mahnılar səslənəcək.

Konsertin informasiya dəstəyi APA, News24.az Trend, Day.az və Milli.az-a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR