Akademik Milli Dram Teatrı koronovirusa görə bağlanıb

Akademik Milli Dram Teatrı

© APA | Akademik Milli Dram Teatrı

# 26 yanvar 2022 14:59 (UTC +04:00)

“Son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb”.

Bu barədə APA-ya Teatrın Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub: “Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır. Həmin tarixlərdə nəzərdə tutulan tamaşaların fevralın 7-dən etibarən nümayiş olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR