Aktyor Vahid Əliyev xəstəxanadan evə buraxılıb

Əməkdar artist Vahid Əliyev

© APA | Əməkdar artist Vahid Əliyev

# 17 yanvar 2023 18:52 (UTC +04:00)

Bu yaxınlarda açıq ürək əməliyyatı keçirən Əməkdar artist Vahid Əliyev bu gün evə buraxılıb.

Bu barədə APA-ya sənətçinin oğlu Ramil Əliyev məlumat verib.

Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşır: “Müalicəsi evdə davam edəcək. Bildiyiniz kimi, ağır əməliyyat keçirib. Amma artıq səhhətində yavaş-yavaş irəliləyiş hiss olunur”.

Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR