Alen Delon Zelenskidən müsahibə götürəcək

Alen Delon

© APA | Alen Delon

# 22 sentyabr 2022 15:35 (UTC +04:00)

Fransız aktyor və kinorejissor Alen Delon Ukrayna Prezidenti Vladimir Zelenskidən müsahibə götürəcək.

APA BFMTV kanalına istinadən xəbər verir ki, müsahibə cümə günü TV5 Monde kanalı üçün baş tutacaq.

Daha əvvəl Delon Ukraynanı dəstəklədiyini, orada baş verənlərə görə üzüldüyünü ifadə etmişdi. Yaxın günlərdə isə aktyor Fransa kanallarından birində Taras Şevçenkoya həsr olunmuş verilişdə şairin şeirini oxumuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR