Amerikalı müğənni Barret Stronq vəfat edib

Amerikalı müğənni Barret Stronq vəfat edib
# 30 yanvar 2023 09:42 (UTC +04:00)

Amerikalı müğənni-bəstəkar Barret Stronq bazar günü vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, onun 81 yaşı var idi.

Strong yaradıcılığa 1959-cu ildə başlayıb. Həmin ilin sonunda o, rok klassikasına çevrilən Money (That's What I Want) mahnısını yazıb. Həmin mahnını “The Beatles” və “The Rolling Stones” kimi məşhur qruplar ifa edib.

2011-ci ildə “Rolling Stones” jurnalı mahnını bütün zamanların 500 ən böyük mahnısı siyahısında 294-cü yerə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR