“Amfibiya adam” filmində çəkilən SSRİ Xalq artisti vəfat edib

Reqimantas Adomaytis

© APA | Reqimantas Adomaytis

# 20 iyun 2022 16:26 (UTC +04:00)

86 yaşlı Litva aktyoru, keçmiş SSRİ-nin Xalq artisti Reqimantas Adomaytis vəfat edib.

APA-nın LRT-yə istinadən verdiyi xəbərə görə, məlumatı aktyorun yaxınları təsdiqləyib.

O, 1937-ci ildə Litvanın Şyaulyay şəhərində anadan olub.

Reqimantas Adomaytis “Heç kəs ölmək istəmirdi”, “Amerika faciəsi”, “Amfibiya adam” kimi filmlərdə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR