“ANAMA” filminin çəkilişləri yekunlaşıb

“ANAMA” filminin çəkilişləri yekunlaşıb
# 16 avqust 2022 14:47 (UTC +04:00)

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb.

Bu barədə APA-ya Kinostudiyadan məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir.

Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR