ANIMAFİLM-dən əldə olunan gəlirlər Qarabağda ağac əkilməsinə sərf ediləcək

ANIMAFİLM Beynəlxalq Animasiya Festivalının mətbuat konfransı

© APA | ANIMAFİLM Beynəlxalq Animasiya Festivalının mətbuat konfransı

# 06 sentyabr 2022 12:53 (UTC +04:00)

ANIMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları mətbuat konfransı keçirib.

APA xəbər verir ki, mətbuat konfransı Nizami Kino Mərkəzində baş tutub.

Bildirilib ki, builki festivalın bilet satışından əldə olunan gəlir Qarabağda ağac əkilməsi kampaniyasına sərf ediləcək. Kampaniya Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə həyata keçiriləcək.

ANİMAFİLM-in təsisçisi və direktoru Rəşad Ağamalıyev festivalın Azərbaycan animasiyasının inkişafında roluna diqqət çəkib: "Hər il, demək olar ki, festival üçün yeni nələrsə edilir. Bu il isə ilk dəfə "Tamaşacı seçimi" ilə də ayrıca qalib seçiləcək".

Müsabiqənin seçim mərhələsində iştirak edən ANİMAFİLM-in əməkdaşı Nəzrin Ağamalıyeva seçim zamanı animasiya filmlərinə xas kriteriyalara diqqət çəkdiklərini vurğulayıb: "Ümumilikdə festivalın proqramına 29 ölkədən 75 film daxil edilib. Ölkəmizdən isə 16 film iştirak edir".

Beynəlxalq festivala nazirlik tərəfindən ayrılan büdcənin isə yaxın günlərdə mediaya açıqlanacağı deyilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR