Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri açıqlanıb

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri açıqlanıb
# 01 fevral 2023 16:21 (UTC +04:00)

Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən keçirilən heykəltəraşlıq müsabiqəsinin qalibləri məlum olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 1-ci yerin qalibi Natiq Əliyev, 2-ci yerin qalibi Xanlar Əhmədov, 3-cü yerin qalibi isə Kamran Əsədov seçilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin edilməsi məqsədilə Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən heykəltəraşlıq müsabiqəsi keçirilib.

Heykəltəraşlıq müsabiqəsinə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR