Nazir: Aşıq Ələsgərin abidəsi ilə bağlı layihələrin qiymətləndirilməsi aparılır

Nazir: Aşıq Ələsgərin abidəsi ilə bağlı layihələrin qiymətləndirilməsi aparılır
# 05 oktyabr 2022 12:50 (UTC +04:00)

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqəyə təqdim olunan layihələr komissiya tərəfindən qiymətləndirilmə mərhələsindədir.

Bunu APA-nın sualına cavab olaraq, mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir müsabiqənin nəticələrinin yaxın vaxtda açıqlanacağını qeyd edib: "Müsabiqə 2 mərhələdən ibarət idi və hər iki mərhələ artıq yekunlaşıb. Hazırda eskiz və layihələr bizim müstəqil ekspertlərimiz tərəfindən yoxlanılır, qiymətləndirilir. Komissiya sözügedən layihələrə baxışı və qiymətləndirməni yekunlaşdıran kimi nəticələr və qaliblər barədə mediaya və ictimaiyyətə məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR