Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi təsdiqlənib
# 23 iyun 2022 16:08 (UTC +04:00)

Azərbaycan Kinematoqrafçılar İttifaqın (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev ittifaqın katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən APA-ya bildirilib ki, katibliyin əvvəlki tərkibi saxlanılıb və rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibliyinin tərkib hissəsində isə adları çəkilənlər təsdiqlənib:

Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR