Azərbaycan və İsrail kinematoqrafçıları birgə film çəkir

Azərbaycan və İsrail kinematoqrafçıları birgə film çəkir
# 28 iyul 2022 16:34 (UTC +04:00)

Azərbaycanda Oğuz rayonun dağ yəhudiləri ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb.

APA xəbər verir ki, Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq.

Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır.

Rüfət Əsədovun dağ yəhudilərindən bəhs edən budəfəki ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilindən nəql edilir.

Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır.

Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir. O, bundan əvvəl “Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, “Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam, Yerusəlim”, “Kənddə sonuncu yəhudi. 9 il sonra” kimi filmlər çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR