Azərbaycan X Beynəlxalq İpəkyolu Festivalında 2 filmlə iştirak edəcək

Azərbaycan X Beynəlxalq İpəkyolu Festivalında 2 filmlə iştirak edəcək
# 15 noyabr 2022 11:48 (UTC +04:00)

X Beynəlxalq İpəkyolu Film Festivalının final mərhələsində iştirak edəcək filmlərin adı açıqlanıb.

APA festivalın rəsmi saytına istinadən xəbər verir ki, festivala Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, İtaliya, Suriya, Hindistan, İraq, Yunanıstan, İran, Əfqanıstan və Pakistandan ümumilikdə 2678 film müraciəti edilib.

Müraciətlər dəyərləndirildikdən sonra festivalın final mərhələsində iştirak hüququ qazanan filmlərin adı müəyyən olub.

Azərbaycanlı rejissorlar Pərviz Həsənov və Elşad Elsevər də festivalın finalında əsas mükafat uğrunda yarışacaqlar. Pərviz Həsənov “Azərbaycantelefilm”in istehsalı olan “Uşaqlıq fotosu” sənədli, Elşad Elsevər isə "OB film" və "Epic Production"un birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi ilə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR