Azərbaycanlı snayper Ziba Qəniyeva haqqında "Özbək qızı" filminin çəkilişləri başa çatıb - FOTO

Azərbaycanlı snayper Ziba Qəniyeva haqqında "Özbək qızı" filminin çəkilişləri başa çatıb - FOTO
# 07 yanvar 2023 16:11 (UTC +04:00)

Şamaxı əsilli azərbaycanlı Ziba Qəniyeva haqqında Özbəkfilm və Belarusfilm studiyalarının birgə çəkdiyi "Özbək qızı" filminin çəkilişləri başa çatıb.

Bu barədə APA-ya Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd olubub ki, filmin süjet xətti Zibanın taleyini əsas götürüb.

Atası repressiya olunan Zibanın uşaqlıq illəri Özbəkistanda keçib və İkinci Dünya müharibəsinə də ordan yollanıb. Anası isə özbək qızı olub.

O, 129 faşist məhv edən snayper kimi dünya şöhrəti qazanaraq ordenlərə layiq görülüb. Azərbaycanın Xalq artisti Mehdi Məmmədovla hələ Moskvada Teatr Sənəti İnstitutunda oxuduğu illərdə dostluq münasibətləri yaranıb. Tahir Salahovla tanışlığı və böyük dostluğu da məhz Moskvada başlayıb.

Tahir Salahov Ziba Qəniyevanın şəklini çəkdikdən sonra heykəltəraş Cəlal Qaryağdı isə "Snayper Ziba Qəniyeva" adlı əsərini ona həsr edib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR