Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa göstərilir

Bakı kəndlərində narkomaniya əleyhinə tamaşa göstərilir
# 17 avqust 2022 13:49 (UTC +04:00)

Narkomaniya fəlakətinə qarşı dövlətin və cəmiyyətin apardığı mübarizəyə dəstək məqsədilə Səhnə teatrı “Qaranlıqdan işığa” adlı tamaşa hazırlayıb.

Bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, tamaşa ilk olaraq 16 avqustda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında oynanılıb.

Tamaşadan əvvəl həkim-narkoloq Asif Kəngərli “Narkomaniya, alkoqolizm və tabakomaniyanın fəsadları” mövzusunda çıxış edib. Daha sonra “Qaranlıqdan işığa” tamaşası nümayiş olunub.

Tamaşa narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.

Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Tamaşada aktyorlar Ramil Məmmədov, Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva, Ağəli Kərimzadə, Rəbbilə Ələkbərzadə və Xaliq Rza iştirak edirlər.

Sözügedən tamaşa 20 avqust tarixində Şüvəlan Qəsəbə Mədəniyyət Evində, 25 avqustda isə Əmircan Qəsəbə Mədəniyyət Evində də nümayiş olunacaq.

Tamaşanın bölgələrimizdə nümayişi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR