"Bakı Yay Caz Günləri"nin açılışı olub - FOTO

"Bakı Yay Caz Günləri"nin açılışı olub - FOTO
# 06 iyul 2022 21:11 (UTC +04:00)

İki illik fasilədən sonra “Bakı Yay Caz Günləri” fəaliyyətini bərpa edib.

APA xəbər verir ki, bu il festival dördüncü dəfə keçirilib. Konsert proqramı Heydər Əliyev Mərkəzinin parkında açıq havada baş tutub.

Festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açıb.

Trionun lideri Kohen caz ifaçısı və pedaqoqdur.

O, bütün yaş qruplarından olan tələbələrinə dinləyicilər ilə ünsiyyət sənətini öyrədir.

Caz ifaçısı Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur festivallarda, eləcə də Nyu-Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində bir çox məşhur musiqi məkanlarında çıxış edib.

Emmet Cohen Amerika Piano Assosiasiyasının, 2019-cu il Amerika Pianoçuları Mükafatının sahibidir.

Festivalın ikinci günündə - sabah isə məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahin çıxış edəcək.

Qeyd edək ki, hər iki gündə festival çərçivəsində yerli caz qrupları və ifaçıları da çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR