Bakıda alman rəssam Otto Hohltun sərgisi açılıb - FOTO

Otto Hohltun sərgisi

© APA | Otto Hohltun sərgisi

# 25 may 2022 11:32 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında görkəmli alman rəssam Otto Hohltun sərgisi açılıb.

APA xəbər verir ki, tədbirdə Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə yanaşı, bir sıra mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Ömər Eldarov açıb.

Çıxış edən Almaniyanın Azərbaycandakı səfiri sərgi haqqında fikirlərini bölüşüb: "Mənim üçün böyük şərəfdir ki, belə bir sərginin açılış mərasimində iştirak və çıxış edirəm. Həmvətənim Otto Hohlt görkəmli rəssam və əsl sənət fədaisi idi. Çünki onun yaradıcılıq dövrü müharibə və iğtişaşlar dövrünə təsadüf edib, amma o həmin dövrdə bu cür sənətkarlıq nümayiş etdirib. Bu, böyük işdir", - deyə səfir vurğulayıb.

Qeyd edək ki, sərgi iyunun 9-a qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR