Bakıda gənc rəssamın “Autoart” sərgisi açılıb  

Bakıda gənc rəssamın “Autoart” sərgisi açılıb  
# 20 may 2022 18:36 (UTC +04:00)

Bakıda gənc rəssamın fərdi yaradıcılıq sərgisi açılıb.

APA-nın xəbərinə görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin 1-ci kurs tələbəsi, rəssam Hümbət Kərimlinin “Autoart” adlı fərdi yaradıcılıq sərgisi nümayiş olunub. Müxtəlif müsabiqələrdə iştirak edən gənc rəssamın universitetdə təşkil olunan ilk sərgisində 75 əsəri təqdim edilib. Açılış mərasimində AzMİU-nun Tarix muzeyinin direktoru Gülmira Məmmədova gənc rəssam barədə məlumat verib, onun Bakıda keçirilən müxtəlif rəsm müsabiqələrində iştirak etdiyini, diplom və mükafatlara layiq görüldüyünü bildirib.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova da tədbirdə çıxış edib gənc rəssama tanınmış avtomobil dizayneri olmağı arzulayıblar.

Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR