Bakıda K-pop Festivalı baş tutub - FOTO

Bakıda K-pop Festivalı baş tutub - FOTO
# 27 may 2022 14:54 (UTC +04:00)

Dünyanın 74 ölkəsində keçirilən K-pop Festivalı Bakıda da baş tutub.

APA xəbər verir ki, festivalın açılışında Cənubi Koreyanın Azərbaycandakı səfiri Li İn-Yonq çıxış edib.

"Bu il Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili tamam olur. Bu yubiley münasibətilə səfirlik silsilə tədbirlər keçirir. Bir neçə gün əvvəl koreyalı musiqiçilər Bakıda klassik musiqi konserti verdi. Artıq 10 ildir ki, Qəbələdə azərbaycanlı və koreyalı alimlər arxeoloji tədqiqatlar aparır, iyun ayında onların seminarı keçiriləcək. İyul ayında isə humanitar seminar təşkil edəcəyik. Həmçinin biz taekvando yarışını da keçirməyi planlaşdırırıq. Oktyabrda Koreyanın milli geyimi ilə bağlı dəb nümayişi də olacaq", - səfir deyib.

O bildirib ki, son iki ildə pandemiya ilə bağlı K-Pop Festivalı keçirilmirdi.

"Bu gün bu festival həm də ona görə dəyərlidir ki, azərbaycanlı gənclər bir araya toplaşaraq əylənir, öz qabiliyyətlərini nümayiş etdirirlər", - koreyalı diplomat qeyd edib.

Qeyd edək ki, 2 ildən sonra canlı təşkil edilən K-pop Festivalını 600 nəfər azərbaycanlı K-pop fanı izləyib. Festivalda ilk seçimlərdən keçmiş 9 finalist (5 rəqs komandası və 4 vokal komanda) qalib olmaq uğrunda mübarizə aparır. Qalib komanda Azərbaycanı Koreyada keçirilən Dünya K-pop Festivalında təmsil etmək şansı qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR