"Balıqlara xütbə" filmi Lokarno festivalında iştirak edəcək

"Balıqlara xütbə" filmi Lokarno festivalında iştirak edəcək
# 06 iyul 2022 13:53 (UTC +04:00)

Hilal Baydarovun "Balıqlara xütbə" filmi Lokarno festivalında çıxış edəcək.

Bu barədə APA-ya filmin prodüseri Elşən Abbasov məlumat verib.

Onun sözlərinə görə, film nüfüzlu Lokarno Film Festivalının əsas müsabiqəsində iştirak edəcək. Festival bu il 75-ci dəfə keçiriləcək və "Balıqlara xütbə" filmi burada "Qızıl bəbir" mükafatına namizəd olacaq.

"Balıqlara xütbə" 3500 film arasından seçilmiş 17 ekran işindən biridir və Azərbaycan, Türkiyə, Meksika və İsveçrənin birgə layihəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR