“Balıqlara xütbə” filmi Lokarno Film Festivalında ikinci mükafatını qazanıb - YENİLƏNİB - FOTO

“Balıqlara xütbə” filmi Lokarno Film Festivalında ikinci mükafatını qazanıb - YENİLƏNİB  - FOTO
# 14 avqust 2022 00:29 (UTC +04:00)

“Balıqlara xütbə” filmi Lokarno Film Festivalında ikinci mükafatını qazanıb.

APA xəbər verir ki, Gənc Münsiflər heyəti də öz mükafatlarını Hilal Baydarovun “Balıqlara xütbə” filminə verib. Sözügedən mükafatın bəyanatı isə bu cür təqdim edilib: “Həyatın Keyfiyyəti Ətraf Mühitdən Asılıdır”.

Qeyd edək ki, film həmçinin “Pardo Verde WWF Xüsusi Diqqət” mükafatına da layiq görülüb.

***

13.08.2022

Saat 19:36

"Balıqlara xütbə" filmi Lokarno Film Festivalında “Pardo Verde WWF Xüsusi Diqqət” mükafatına layiq görülüb.

APA xəbər verir ki, İsveçrənin Lakorna şəhərində keçirilən ənənəvi festivalda Azərbaycanı rejissor Hilal Baydarov və komandası təmsil edib.

Qeyd edək ki, film Azərbaycan, Türkiyə, Meksika və İsveçrənin birgə layihəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR