Belarus teatrı ilə Akademik Musiqili Teatr arasında əməkdaşlıq müqaviləsi bağlanıb

Belarus teatrı ilə Akademik Musiqili Teatr arasında əməkdaşlıq müqaviləsi bağlanıb

© APA | Belarus teatrı ilə Akademik Musiqili Teatr arasında əməkdaşlıq müqaviləsi bağlanıb

# 24 iyun 2022 17:26 (UTC +04:00)

Belarus Respublikasında səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının nümayəndə heyəti bu gün Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub, teatrın kollektivi ilə görüşüb.

Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı teatrlar arasında əməkdaşlıq müqaviləsi də bağlanıb.

Həmçinin qeyd olunub ki, Musiqili Teatr sabah Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR