Beynəlxalq Muğam Mərkəzində Gənclər Gününə həsr olunmuş konsert keçirilib

 Beynəlxalq Muğam Mərkəzində Gənclər Gününə həsr olunmuş konsert keçirilib
# 03 fevral 2022 20:27 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin "Yeni gənclik" layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Gənclər Gününə həsr olunmuş konsert proqramı keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva 44 günlük Vətən müharibəsi və onun böyük zəfərlə yekunlaşmasından söz açıb:

"Gəncliyimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaət təqdirəlayiqdir və biz onların qarşısında baş əyirik".

Daha sonra Zəhra Quliyevanın bədii rəhbəri olduğu "Detaşe" violon ansamblı Frans Şubert, Antonio Vivaldi kimi dünyaca məşhur bəstəkarların, həmçinin Niyazi, Üzeyir Hacıbəyli, Tofiq Quliyev kimi Azərbaycan bəstəkarlarının yaradıcılığından parçalar ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR