“Çağrı” filminin məhşur aktrisası vəfat edib

İrini Papas

© APA | İrini Papas

# 14 sentyabr 2022 15:15 (UTC +04:00)

“Çağrı” və “Zorba” filmləri ilə məşhurluq qazanan yunan aktrisa İrini Papas bu gün 96 yaşında vəfat edib.

APA “nytimes”ə istinadən xəbər verir ki, onun ölüm səbəbi hələlik bilinmir.

İrini Papas daha çox “Çağrı” filmi ilə yadda qalıb. Mustafa Akkadın rejissoru olduğu film 1976-cı ildə istehsal olunub və İslam dininin yaradılması dövründən bəhs edir.

İrina Papas filmdə Əbu-Süfyanın həyat yoldaşı Hind bint Utba obrazını canlandırır ki, bu obraz Məhəmməd Peyğəmbərə qarşı çıxanlardan biri idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR