Çingiz Aytmatovun abidəsinin gildən hazırlanması prosesi başa çatıb

Çingiz Aytmatovun abidəsinin gildən hazırlanması prosesi başa çatıb
# 26 sentyabr 2023 13:32 (UTC +04:00)

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin yumşaq materialdan - gildən hazırlanması prosesi başa çatıb.

Bu barədə APA-nın sorğusuna cavab olararaq, abidənin müəllifi Xalq rəssamı heykəltaraş Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, qısa zamandan sonra abidənin bürüncdən tökülməsinə başlanılacaq.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

APA bir müddət öncə ərazidə olub və parkda abidə üçün görülən hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR