Dövlət Uşaq Filarmoniyasının 30 illiyi keçiriləcək

Dövlət Uşaq Filarmoniyasının 30 illiyi keçiriləcək
# 19 may 2022 16:04 (UTC +04:00)

Mayın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçiriləcək.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, konsertdə “Şəms” uşaq xoru, Vokal sinfi, “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər rəngarəng musiqi nömrələrilə çıxış edəcəklər.

Bundan başqa “Bacarıqlı əllər” rəsm dərnəyinin sərgisi də nümayiş olunacaq.

Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnı və rəqsləri səslənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR