Dövlət Xidməti Bakıdakı 202 yaşlı hamamın nə vaxt bərpa ediləcəyini açıqlayıb

Dövlət Xidməti Bakıdakı 202 yaşlı hamamın nə vaxt bərpa ediləcəyini açıqlayıb
# 06 dekabr 2022 12:22 (UTC +04:00)

Bir neçə gündür sosial şəbəkələrdə Bəşir Səfəroğlu küçəsi 36 ünvanında yerləşən və el arasında “Təndir hamamı” kimi tanınan tarixi hamamın acınacaqlı vəziyyəti müzakirə edilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hamam dövlət reyesterinə daxildir.

“Bəşir Səfəroğlu küçəsi 36 ünvanında yerləşən hamam yerli əhəmiyyətli memarlıq abidəsidir. Hazırda həmin tarixi abidə qəzalı vəziyyətdədir və bərpa olunmasına ehtiyac var. Hamamın bərpa-konservasiya olunması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır. Bununla bağlı müvafiq addımların atılması üçün tarixi abidənin investisiya layihələrinin siyahısına daxil edilməsi təklif ediləcək”, – məlumatda deyilir.

Qeyd edək ki, hamam 1820-ci ildə tikilib. Hamamın ümumi sahəsi 900 kvadrat metrdən çoxdur. İki zallı hamam hazırda yararsız vəziyyətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR