Dövlət Xidməti vətəndaşlara müraciət edib

Dövlət Xidməti vətəndaşlara müraciət edib
# 20 iyul 2022 15:40 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti vətəndaşlara müraciət edib.

Bu barədə APA-ya Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, tez-tez müxtəlif təsərrüfat fəaliyyətləri nəticəsində vətəndaşlarımız tərəfindən də arxeoloji nümunələrin aşkar olunması halları ilə rastlaşırıq: “Vətəndaşların bir qismi tapıntıları dərhal aidiyyəti qurumlara təhvil versələr də bəzi hallarda tapılan artefaktları özlərində saxlayırlar. Bu məqsədlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verir. Belə ki, mədəni irs nümunələrinin toplanaraq qorunması, gələcək nəsillərə ötürülməsi üçün tarix-diyarşünaslıq muzeylərinə təhvil verilməsinə başlayırıq”.

Artıq bu istiqamətdə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən yerli sakinlərin köməyi ilə tapılan mühüm arxeoloji nümunələrin tarix-diyarşünaslıq muzeylərinə təhvil verildiyi vurğulanıb.

“Əgər sizdə də belə arxeoloji nümunələr varsa həmin artefaktları təhvil verməklə xalqımızın mədəni irsinin qorunmasına öz töhfənizi verə bilərsiniz”, - müraciətdə deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR