Dünya şöhrətli violin ustası Dmitri Sitkovetski Bakıda səfərdədir

Dmitri Sitkovetski

© APA | Dmitri Sitkovetski

# 16 may 2022 14:14 (UTC +04:00)

May ayının 15-dən 20-dək Bakı şəhərində “Dmitri Sitkovetski ilə görüşlər” adlı silsilə tədbirlər keçiriləcək.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, artıq mayın 15-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ilk ustad dərsi keçirilib.

Ustad dərsləri 16 və 17 may tarixlərində davam etdiriləcək.

Bu gün isə sənətçi YARAT Müasir İncəsənət Mərkəzində “XX əsrin dahi pianoçusu Bella Davidoviç” adlı video-mühazirə ilə çıxış edəcək.

Qeyd edək ki, hazırda Londonda yaşayan dünya şöhrətli violin ifaçısı, dirijor Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. D.Sitkovetski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR