Əllliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış edib

“Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası

© APA | “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası

# 04 yanvar 2022 15:05 (UTC +04:00)

“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "DanceAbilityAzerbaijan" İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.

APA-nın məlumatına görə, tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlərçərçivəsindəəlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR