Elxan Qasımov dəfn edilib - FOTO - YENİLƏNİB

Elxan Qasımov dəfn edilib - FOTO  - YENİLƏNİB
# 30 may 2023 12:36 (UTC +04:00)

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov Xırdalan qəbiristanlığında dəfn olunub.

APA xəbər verir ki, mərasimdə mərhumun ailəsi ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.

***

11:30

Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımovla evində və "Azərbaycanfilm" kinostudiyasının həyətində vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimində mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.

Vida mərasiminin ardından Elxan Qasımovun cənazəsi Xırdalan qəbiristanlığına aparılıb. O, oğlu Samir Qasımovun yanında dəfn olunacaq.

Xatırladaq ki, bir müddətdir, reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR