“Fikrət Əmirov – 100” Musiqi Festivalına start verilir

“Fikrət Əmirov – 100” Musiqi Festivalına start verilir
# 11 noyabr 2022 16:27 (UTC +04:00)

Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verir.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, cari ilin noyabrın 12-23-də Bakı və Gəncə şəhərində silsilə konsertlər, tamaşalar və müvafiq tədbirlərin icrası planlaşdırılır. Belə ki, 12 noyabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Nizami” baleti, 13 noyabr tarixində teatrın kollektivi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında bəstəkarın “Sevil” operasını təqdim edəcək. 18 noyabr tarixində eyni məkanda Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında noyabrın 15-i Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, 17-də Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək. Noyabr ayının 21-də Beynəlxalq Muğam Mərkəzində Vokal musiqisi axşamı təşkil olunacaq.

Noyabr ayının 22-də Heydər Əliyev Sarayında bəstəkarın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək. Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “1001 gecə” baleti nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR