Fransız modelyer və fotoqraf Tyerri Müqler vəfat edib

Tyerri Müqler

© APA | Tyerri Müqler

# 24 yanvar 2022 11:36 (UTC +04:00)

Fransalı modelyer, eyniadlı moda evinin yaradıcısı, məşhur dizayner və fotoqraf Tyerri Müqler 73 yaşında vəfat edib.

APA -nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, modelyer təbii səbəblərdən dünyasını dəyişib.

T.Müqler 1948-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 1980-1990-cı illərdə kolleksiyaları onu dünya səviyyəsində məşhurlaşdırıb. 1990-cı illərdə moda dünyasından uzaqlaşan modelyer 2002-ci ildən bu sahəni tamamilə tərk edərək fəaliyyətini fotoqrafiya, şou üçün kostyumların yaradılması, ətir şüşələrinin dizaynı kimi sahələrdə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR