Gənc Tamaşaçılar Teatrı yeni mövsümə "Şirinlər"lə başlayacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

© APA | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

# 08 sentyabr 2022 09:59 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümünün açılışını 24 sentyabr saat 12:00-da P. Cullifordun "Şirinlər" və 19:00-da Çexovun "Qağayı" tamaşaları ilə edəcək.

Bu barədə APA-ya teatrdan məlumat verilib.

Bildirilib ki, "Qağayı" tamaşası 25 sentyabrda da nümayiş olunacaq.

25 sentyabr proqramına Puşkinin "Qızıl balıq" tamaşası da daxildir. Tamaşa saat 12:00-da nümayiş ediləcək.

Sentyabr proqramı 30 sentyabr saat 19:00-da T. Vəliyevanın "Cəza" monotamaşası ilə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR