Gəncədə Fikrət Əmirovun yubileyinə həsr olunmuş konsert keçirilib

Gəncədə Fikrət Əmirovun yubileyinə həsr olunmuş konsert keçirilib
# 18 noyabr 2022 19:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.

APA-nın xəbərinə görə, Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Xalq artisti Rauf Abdullayevin və Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər.

Konsert proqramı tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR